Gürcüstanda nazirlər peyvənd olunacaq

Gürcüstanda nazirlər peyvənd olunacaq

Gürcüstan hökuməti və parlamentinin üzvləri koronavirus əleyhinə vaksinasiya prosesinə cəlb olunacaqlar.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəisi Giorgi Qibradze məlumat verib.

O, bunun Gürcüstanın Ümüdünya immunizasiya həftəsinə qoşulması ilə bağlı olduğunu deyib.

G.Qibradze vurğulayıb ki, dövlət rəsmilərinə peyvənd bu həftədən etibarən vurulacaq.

Qeyd edək ki, Gürcüstanda hökumət başçısı, bir neçə nazir və 20-yə yaxın deputat koronavirus keçirib. Bəzi deputatlar artıq ictimaiyyət qarşısında vaksinasiyadan keçib.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR