Gürcüstanda müxalifət fəalları saxlanılıb

Gürcüstanda müxalifət fəalları saxlanılıb
  • DÜNYA

Gürcüstanın müxalif "Avropalı Gürcüstan” partiyasının regional rəhbəri Koba Zakareişvili və Oto Kaxidze Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. Bildirilib ki, adı çəkilən şəxslər yük maşını ilə parlament binası qarşısında keçiriləcək etiraz aksiyasının iştirakçılarına qızınmaq üçün odun daşıyıblar.
Gürcüstan DİN-in açıqlamasında həmin şəxslərin inzibati xətalara görə saxlanıldığını açıqlanıb.
Qeyd edək ki, bu gün saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyalarının bərpa ediləcəyi bildirilib. Qanunverici orqanın həyətinə bu gün səhər saatlarından etibarən polis əməkdaşları cəmlənilib.
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR