Gürcüstanda kütləvi məzarlıq aşkar olunub - FOTO

Gürcüstanda kütləvi məzarlıq aşkar olunub - FOTO

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində kütləvi məzarlıq aşkar olunub.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Batumi və Lazeti Yeparxiyası məlumat yayıb.
Məzarlıq 3 saylı hərbi bazanın yaxınlığında, hava limanının bir neçə kilometrliyində tapılıb. Həmin ərazini Gürcüstanın Müdafiə NazirliyiPatriarxlığın müvəqqəti istifadəsinə verib.
Məzarlıqda, təxminən, 150 insanın dəfn olunduğu 4 qəbir yerləşir. Qəbirlərdə nizamsız və hörmətsiz basdırılmış qalıqların 1937-1938-ci illərdə bolşevik repressiyaları zamanı güllələnən insanlara aid olduğu ehtimal olunur. Ekspertlər qalıqların türk hərbçilərinə məxsus olduqlarını istisna etmirlər.
Məzarlıqda aşkar olunmuş insan qalıqları aprelin 21-də hərbi bazanın ərazisində yeni qəbirlərdə basdırılacaq.






Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR