Gürcüstanda dərmanlar bahalaşıb

Gürcüstanda dərmanlar bahalaşıb

Ötən ay Gürcüstanda dərman preparatlarının qiymətində bahalaşma qeydə alınıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, illik müqayisədə təzyiqə qarşı dərmanların qiyməti 4,5%, ağrıkəsici dərmanların qiyməti isə 1,7%artıb.
Antibiotiklər 9,5%, vitaminlər 6,4%, həzm sistemi üçün dərmanlar 5,6%, soyuqdəymə əleyhinə medikamentlər isə 4,8% bahalaşıb.
Bundan başqa xəstəxanalardakı xidmətlərin qiyməti də 1,8% artıb.
Yerli ekspertlər qiymət artımını Gürcüstanın dərman idxalından yüksək asıllığı ilə əlaqələndirirlər.  
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR