Gürcüstanda azərbaycanlılar arasında işsizlik artıb

Gürcüstanda azərbaycanlılar arasında işsizlik artıb

Ötən il Gürcüstanda işsizlik səviyyəsi 12,7% təşkil edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
Sənədə əsasən, işsizliyin səviyyəsi illik müqayisədə 1,2% azalıb. 2018-ci ildə qonşu ölkədəki işsizlik göstəricisi son 15 ildə ən aşağı səviyyəyə enib.
Şəhər yerlərində işsizlik 1,2% artıb, kənd yerlərində isə 3,4% azalıb.
Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində isə işsizlik səviyyəsi 1,2% artıb.
Gürcüstanda işsizlik səviyyəsi kişilər arasında daha yüksəkdir. Belə ki, ötən il kişilər arasında bu göstərici qadınlar arasındakı eyni göstəricidən 2,7% çox olub.
2018-ci ildə ən yüksək işsizlik göstəricisi 30,8% olmaqla 20-24 yaş qrupuna daxil olan şəxslər arasında qeydə alınıb. 
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR