Gürcüstanda 40-a yaxın azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

Gürcüstanda 40-a yaxın azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq
  • DÜNYA

Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərində azərbaycanlılar da iştirak edəcəklər.

Aktual.az  Report-a istiandən xəbər verir ki, artıq 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınıb.

MSK üzvü Dimitri Cavaxadze “Report”a deyib ki, komissiya seçkilərə hazırlıqla bağlı bütün prosedur qaydaları yerinə yetirib. Artıq partiya siyahısı və majoritar sistem üzrə namizədlərin qeydiyyatı başa çatdırılıb: “Gürcüstan demokratik dövlətdir və bu seçkiləri də azad, şəffaf, ədalətli keçirməkdə israrlıdır. Artıq bütün dairə və məntəqə seçki komissiyaları tam, öz qaydasında işləyirlər. Oktyabrın 8-də bütün vətəndaşlarımız öz namizədlərinə səs verə biləcəklər”.

D.Cavaxadze bildirib ki, seçkilərdə 24 siyasi subyekt iştirak edir və onlardan da 12-də azərbaycanlılar var: "Təxminən 32 siyasi partiya seçki marafonuna qoşulub. Onların bəziləri birləşərək seçkilərdə blok halında iştirak etmək barədə qərar qəbul ediblər. Hər partiyadan və blokdan isə ən çoxu 200 nəfərin namizədliyi irəli sürülə bilər. Bəzi siyasi partiyalar 200, bəziləri isə 150, 160 və 190 namizədlə seçkilərə gedirlər". 

MSK üzvü əlavə edib ki, seçkilərə hazırlığı və səsvermənin gedişini iki minə yaxın beynəlxalq, bir o qədər də yerli müşahidəçi izləyəcək: "Gürcüstan MSK-sı səsvermənin gedişini izləmək üçün Azərbaycandan da müşahidəçilər dəvət edib”.

Qeyd edək ki, hazırda Gürcüstanda 73 dairə, 3 636 məntəqə seçki komissiyaları yaradılıb. Seçki məntəqələrindən 207-si birbaşa azərbaycanlılar yaşayan ərazilərdə, bir neçəsi isə azərbaycanlıların gürcü və digər millətlərin nümayəndələri ilə birgə yaşadıqları ərazilərdə yaradılıb.

Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR