Gürcüstan prezidenti Belarusa səfərini yarıda dayandırıb

Gürcüstan prezidenti Belarusa səfərini yarıda dayandırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarusa səfərini yarıda dayandıraraq Tbilisiyə qaydıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.
Dövlət başçısının səfərini yarıda dayandırması Gürcüstanda baş verən hadisələr və keçirilən etiraz aksiyaları ilə bağlıdır. S.Zurabişvili ölkəsindəki etiraz akisiyalarına görə Rusiyanın məsuliyyət daşıdığını bildirmişdi.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.
Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.
Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR