Gürcüstan müharibəyə qarışsaydı, yox olardı - Boçorişvili

Gürcüstan müharibəyə qarışsaydı, yox olardı - Boçorişvili

Hakimiyyətin ölkəni Rusiyaya qarşı hərbi əməliyyatlara cəlb etməmək qərarı dövlətin və onun suverenliyinin qorunmasına imkan yaratdı.
Aktual.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili deyib.
"Gürcüstanın münaqişəyə qarışması ölkənin yox olmasına səbəb ola bilərdi və bu gün vəziyyət tamamilə fərqli olardı. Hakimiyyət orqanları bir sıra Qərb ölkəsinin gözləntilərinə baxmayaraq, xarici təzyiqə təslim olmaqdan imtina etdi. Bəzi qüvvələr Tiflisin bu qarşıdurmada Gürcüstanın üzərinə düşən rolu yerinə yetirməmək qərarını qəbul etməkdə çətinlik çəkdilər”, - o bildirib.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR