Gürcüstan hava məkanını “Boeing 737” təyyarələri üçün bağlayıb

Gürcüstan hava məkanını “Boeing 737” təyyarələri üçün bağlayıb

Gürcüstanın hava məkanında "Boeing 737-8 MAX” və "Boeing 737-9 MAX” tipli təyyarələrin uçuşu müvvəqəti dayandırılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Müvafiq qərar sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub. Qərar mart ayının 13-dən etibarən qüvvəyə minib.
Agentlikdən qeyd olunub ki, "Boeing 737 Max” tipli təyyarə Gürcüstanın Mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməyib. Bu baxımdan, müvəqqəti məhdudiyyət hava nəqliyyatına əhəmiyyətli təsir göstərməyəcək.
Xatırladaq ki, martın 10-da Efiopiyada baş vermiş təyyarə qəzası nəticəsində 157 nəfər ölüb. Əddis-Əbəbədən Nayrobiyə doğru uçan "Boeing 737 MAX 8” Efiopiya paytaxtından, təxminən, 60 km cənub-qərbdə (Bişoftu şəhəri yaxınlığında) yerə düşüb.
Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Aİ ərazisində "Boeing 737 MAX 8” və "Boeing 737-9 MAX” tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR