Gürcüstan ərazisi ilə nəql olunan Azərbaycan qazının həcmi artırılacaq

Gürcüstan ərazisi ilə nəql olunan Azərbaycan qazının həcmi artırılacaq

"Şahdəniz” yatağından hasil olunan qazın Avropa bazarlarına tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin IV mərhələsinin icrası başa çatdırıldıqdan sonra Gürcüstan ərazisi ilə nəql olunacaq Azərbaycan qazının həcmi artırılacaq.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri səlahiyyətlərini icra edən Giorgi Qaxariya və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə bildirilib.
Qeyd olunub ki, Gürcüstan eyni zamanda daxili tələbatını ödəmək üçün Azərbaycan qazını daha sərfəli qiymətlə əldə edə biləcək.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR