“Günəşli”yə əlavə qrup göndərildi

“Günəşli”yə əlavə qrup göndərildi

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi fasiləsiz olaraq tədbirlərini davam etdirir.

Aktual.az Nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 10-da saat 15:35-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisindən 5 nəfər tərkibdə təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə 10-cu özülə desant edilib.

Özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.

Bu gün isə saat 09:00-da “Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib.

Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edirlər.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR