“Günəşli” yatağında daha bir quyu istismara verilib

“Günəşli” yatağında daha bir quyu istismara verilib

SOCAR məlumat yaydı.

Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2906-2897 metr intervaldan sutkalıq 75 ton neft və 80 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR)  bildirilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündə 303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR