“Günəşli” yatağında bərpa işlərinə başlanılıb - SOCAR-ın vitse-prezidenti

“Günəşli” yatağında bərpa işlərinə başlanılıb  - SOCAR-ın vitse-prezidenti

“Hazırda “Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyunun və özülün yanan yerlərinin bərpası işlərinə başlanılıb”.

Aktual.az  xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib.

O bildirib ki, quyuda açıq fontanın söndürülməsi və digər təhlükəsizlik tədbirlərinə yerində rəhbərlik etmək üçün SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev, “Azneft” İB-nin baş direktoruDaşqın İskəndərov, Neftqazelmitədqiqatlayihə İnstitutunun direktoruFəxrəddin İsmayılov axşam saat 22:00-da hadisə yerinə gəlib və səhərə qədər qəzanın aradan qaldırılması tədbirlərinə birbaşa rəhbərliyi həyata keçiriblər.

“Görülən tədbirlərin nəticəsində yangın söndürülüb. Yüksək peşəkarlıq göstərmiş FHN-in rəhbərliyi və şəxsi heyəti, XDG-nin rəhbərliyi və şəxsi heyəti, SOCAR Fontana qarşı Dağ-Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası, növbədə olan neftçilər hər cür tərifə layiqdirlər. Görülən operativ, təhlükəsizlik və təxliyyə planına uyğun tədbirlər nəticəsində xəsarət alan olmayıb”, - SOCAR-ın vitse-prezidenti əlavə edib. 

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR