Güləşçimiz dopinqə görə 4 il müddətinə cəzalandırıldı

Güləşçimiz dopinqə görə 4 il müddətinə cəzalandırıldı
  • İDMAN

Azərbaycan yunan-Roma güləşçisi Zubair Dibirov 4 il müddətinə diskvalifikasiya olunub

"Report”un məlumatına görə, bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.

Dibirov 2016-cı il sentyabrın 30-da Fransanın Makon şəhərində start götürmüş gənclər arasında dünya çempionatında dopinq-testdən keçə bilməyib. Onun B testinin Fransanın paytaxtı Parisdə müayinədən keçirilməsi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol və anabolik steroid aşkarlanıb. Nəticədə gənc pəhləvan 4 oktyabr 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb. Cəza 5 oktyabr 2016-cı ildən qüvvəyə minib.

Qeyd edək ki, Zubair Dibirov dünya çempionatında 74 kq çəki dərəcəsində mübarizə aparıb. O, 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.
 
Aktual.az
Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR