Güləşçilərimiz Türkiyəyə gedirlər

Güləşçilərimiz Türkiyəyə gedirlər

Martın 10-12-də Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçiriləcək.

Aktual.az  Trend-ə istinadən bildirir ki, turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcəklər.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.

Turnirin proqramına əsasən, martın 10-da 57 və 70 kq, martın 11-də 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.
 
Aktual.az
Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR