Güclü qar Qəbələnin 8 kəndini işıqsız qoydu

Güclü qar Qəbələnin 8 kəndini işıqsız qoydu

Qəbələ rayonuna yağan güclü qar bir sıra fəsadlar törədib.

Aktual.az Report-a istinadən bildirir ki, ötən gündən başlayaraq yağan aramsız qar ucqar və dağlıq kəndlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Kəndlərə gedən magistral və paylayıcı xətlərdə naqillər qırılıb və dirəklər aşıb.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqaladə hallar komissiyasının sədri Abil Ağasəfov "Report"a bildirib ki, hazırda rayon elektrik şəbəkəsinin biriqadaları kompleks şəkildə ərazilərə cəlb olunub: "Gün ərzində bütün kəndlərdə elektrik enerjisinin verilməsi təmin olunacaq. Rayonun Solquca, Mıxlıqovaq, Yemişanlı, Kötüklü, Uludaş, Dandıx, Abrıx və Qəmərvan kəndlərinin elektrik enerjisi kəsilib".

Qeyd edək ki, rayon ərazisinə və kəndlərə yağan qarın qalınlığı 35-40, dağlıq ərazilərdə isə 50-55 santimetrdir.

Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR