Goranboyda hadisə yerindən qaçan sürücü həbs olundu

Goranboyda hadisə yerindən qaçan sürücü həbs olundu

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində təxminən 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin üstü "isti izlər”lə açılıb.
 
Baş Prokurorluğun Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1974-cü il təvəllüdlü, Gürcüstan vətəndaşı Masim Gradjovun idarə etdiyi "Volvo S80” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən şəxsiyyəti istintaqa hələlik məlum olmayan kişini vuraraq ölümünə səbəb olması, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR