Gömrükdə yoxlama – Gizli yolla aparılan siqaretlər aşkarlandı

Gömrükdə yoxlama – Gizli yolla aparılan siqaretlər aşkarlandı

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

Aktual.az  Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yoxlama zamanı əl yükündə olan 2 ədəd "Choco pie" markalı şirniyyat qutusunun və 1 ədəd "Yadra" markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR