Gömrükdə əməliyyat - 506 ədəd pirotexniki vasitə aşkar olundu

Gömrükdə əməliyyat - 506 ədəd pirotexniki vasitə aşkar olundu

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə "Sınıq Körpü” gömrük postunda baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR