Gömrükdə əməliyyat - 22 min 600 siqaret aşkarlandı

Gömrükdə əməliyyat - 22 min 600 siqaret aşkarlandı

22 min 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz” markalı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan 22.600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR