Gömrükdə 10 minə yaxın qaçaqmal siqaret müsadirə olundu

Gömrükdə 10 minə yaxın qaçaqmal siqaret müsadirə olundu

Gürcüstandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, hadisə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında baş verib. Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 9600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 

 
Aktual.az
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR