Gömrük bəyannamələrinin tərtibinə görə 70 faiz GÜZƏŞT

Gömrük bəyannamələrinin tərtibinə görə   70 faiz GÜZƏŞT

Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib

Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib.
Aktual.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib”.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR