Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

19 apreldə Azərbaycanla Ermənistan arasında delimitasiya barədə razılıq və Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması qərarını dünyanın bir çox ölkəsi alqışlasa da, İrəvanın son illər əsas siyasi dəstəkçisi olan Fransa hələ də inadla susmaqdadır.
Aktual.az xəbər verir ki, ötən gün Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin bu mövzuda danışması "Fransanın ilk reaksiyası” kimi təqdim edilib.
Dekottini "Azadlıq” radiosuna bildirib ki, Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirib.
"Demarkasiyanın başlaması yaxşıdır. Almatı Bəyannaməsi əsasında başlaması daha yaxşıdır. Bu, əlbəttə ki, davam etdirilməli olan müsbət bir inkişafdır. Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirib və biz Azərbaycanın da güzəştə gedəcəyini gözləyirik. Hazırda Azərbaycan Ermənistan ərazisinin böyük hissəsini işğal edib (? – red.) və o, həmin əraziləri tərk etməlidir. Fransanın baş naziri bu yaxınlarda bunu xatırladıb. Beləliklə, biz hesab edirik ki, bu, davam etdirilməli olan yaxşı inkişafdır”, - səfir bildirib.
O, həmçinin deyib ki, bir yerdən başlamaq lazımdır:
"Hardansa başlamaq və danışıqlar yolu ilə demarkasiya aparmaq lazımdır. Tavuş yaxşı başlanğıc nöqtəsidir. Və biz səbirsizliklə demarkasiyanın Azərbaycan və Ermənistanın Praqa Bəyannaməsində razılaşdıqları prinsiplər çərçivəsində davam etməsini gözləyirik. Bu, keçmiş sovet respublikalarının beynəlxalq sərhədlərini müəyyən edən Almatı Bəyannaməsidir və tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və tanıyır”.
Qeyd edək ki, Fransa səfirinin "Ermənistan güzəşt edib” sözləri ənənəvi olaraq Parisin bu nizamlamada tutduğu qərəzli və birtərəfli mövqeyin təzahürüdür. Ermənistan güzəştə getməyib, Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən 4-nü qaytarmağa razılaşıb.
Azərbaycanın "Ermənistan ərazisini işğalda saxlaması” barədə Dekottininin iddialarına gəlincə, bu, revanşistlərə dolayı dəstək ifadə edən və qızışdırıcılıq məqsədi daşıyan ifadədir.
Qeyd edək ki, Dekottini Fransanın Bakıdakı səfirinin "harada olması” sualına cavabında da "Şuşidə deyil” deyib. Şuşanı "Şuşi” adlandıran, dolayısı ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə erməni revanşistlərin iddiasını dəstəkləyən bir dövlətin "Azərbaycan güzəşt etməlidir”, "Azərbaycan işğal edib” kimi ifadələrinin hansı anlama gəldiyi və Fransanın mahiyyəti artıq tam bəllidir.
Xəbər 144 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR