Girdimanın suyunun rənginin dəyişməsinin səbəbi bəlli oldu

Girdimanın suyunun rənginin dəyişməsinin səbəbi bəlli oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli su kimi istifadə etdiyi Girdiman çayının suyunun son günlər ərzində yaşıl rəngə boyanması ilə bağlı apardığı müşahidələrinin nəticələrini açıqlayıb.

Aktual.az xəbər verir ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Trend-ə deyib ki, çayın rənginin dəyişməsinində heç bir antropotogen təsir rol oynamayıb:


Suyunun rəngini dəyişən Girdiman çayı ilə bağlı müşahidələrin nəticəsi
“Yəni nə toksiki maddə, nə də kimyəvi tərkibli axıntı olmayıb. Sadəcə olaraq, bu, hidroloji rejimlə bağlı olaraq, çaylarda azsululuq dövrünə təsadüf edir. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların sürətlə artmasına əlverişli şərait yaradıb. Bu isə suyun yaşıl rəngə boyanmasına və iyinin xoşagəlməz olmasına gətirib çıxarıb. Suyun bütün keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb. Bu proses həmişə yay ayının sonunda təsadüf edir. Yəni azsululuq dövrünün pik vaxtıdır, bu dövrdə bunlar olur”.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR