Gənclərin təhsil layihəsinə dəstək olaq!

Gənclərin təhsil layihəsinə dəstək olaq!

Azərbaycanın ali təhsil məktəblərində təhsil alan bir qrup gənc ölkənin ucqar dağ kəndlərindəki məktəblilərin təhsilinə dəstək məqsədilə "1 uşaq 1 ümid" adlı xeyriyyə aksiyasına start verib. Layihənin məqsədi lazımi dəstəyin göstərilməməsi, müəllim azlığı, ailələrin maddi vəziyyətinin uyğun olmamasına görə rayon mәrkәzi və ucqar kəndlәrdәki ali təhsil almaq istəyən məktəblilərə dəstək göstərnməkdir. İlkin olaraq Lerik rayonunun gediş-gəlişin çətin olduğu ucqar dağ kəndlərindən başlayan layihə çərçivəsində abituriyentlərin universitetə hazırlıqlıq mərhələsinə kömək ediləcək. 
 
Layihənin təşəbbüskarı və rəhbəri, Azərbaycan Tibb Universitetinin 5-ci kurs tələbəsi Səxavət Veyisov deyir ki, biz seçdiyimiz kәnd mәktәbinin 1 otağını tәmir edib, kompüter, proyektor kimi avadanlıqlarla tәmin etmək, 8 fәnndәn - Azәrbaycan dili-Әdәbiyyat, Riyaziyyat, Tarix, Coğrafiya, Biologiya, Kimya, Fizika, İngilis dili fənnləri üzrə müəllimlər ayırmaq və onları ümumi bir nəqliyyat vasitəsi ilə təmin etmək istәyirik. 


Aksiyadan əldə ediləcək vəasitlə sözügedən fənnlər üzrə dərs deyəcək müəllimlərin hər birinə ayda əlavə 200 manat ödənilməsi, dərs lәvazimatları, kopya vә nәqliyyat xərclərinin qarşılanması, məktəb üçün lazımi avadanlıqların - komputer, proyektorun alınmasına və internetlə təmin edilməsinə sərf ediləcək. Bütün bu xərclər üçün cəmi 13050 manat vəsait lazım olacaq.


Təhsilə dəstək olmaq istəyənlər aşağıdakı hesablara vəsait köçürə bilərlər. 
 
Bankhesabı:
Hesab Sahibi: VEYİSOV SӘXAVӘT TAHİR OĞLU
Kart nömrәsi:
AZN üçün: 4203 8221 4150 2690
Month/year: 11/18
USD üçün: 4203 8221 4192 0896
Month/Year: 11/18
____________________________________


Milli ÖN vasitәsilә ödәmә:
Bank xidmәti -> Bank of Baku -> Karta yüklәmә -> AZN vә ya USD


Müştәri kodu: 735834
Doğum tarixi: 07.10.1996
Nağd ödəmələr üçün əlaqədə ola biləcəyiniz şəxslər:
Sexavet Veyisov 
e-mail: [email protected]
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR