"Gənclərimizin elmə cəlb olunması istiqamətində mühüm addımlar atılır" - İlham Əliyev


Azərbaycan prezidenti Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib.
  
APA-nın məlumatına görə, təbrik məktubunu Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev oxuyub.
 
Dövlət başçısının təbrikində bildirilir ki, dinamik yüksəliş xalqımızın elmi potensialının nəticəsidir: "Milli ənənələrimizə sadiq gənc alimlərimizin yetişməsi önəmlidir. Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır. Gənc alimlərimizin elmimizin dünya səviyyəsində tanınmasında layiqli təmsilçimiz olacaqlarına inanırıq. Onlar tükənməz enerji ilə çalışacaq. Əminəm ki, qurultayda elmimizin inkişafı ilə bağlı dolğun proqram qəbul olunacaq".
 
Aktual.az
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR