“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdıraq!” devizi ilə layihə həyata keçirilir

“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdıraq!” devizi ilə layihə həyata keçirilir

19.11.2016-ci tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, 8-ci qrant müsabiqəsində qalib olmuş "Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihənin açılış mərasimi Bakı şəhərində yerləşən "Global Education and Consulting Center” –də baş tutmuşdur.

Layihənin məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Həmçinin təşkil olunacaq seminarlarda gənclərə ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumatlar verməkdir.
İlk seminarın təlimçi qonaqları Hüseynağa Əliyev, Məhsəti Hüseynova, Rahimə Hümmətova və psixo-analitikAydan Xasməmmədzadə olmuşdur.

Təlimçi Hüseynağa Əliyev layihə iştirakçılarını siqaretin həyatımıza və ətrafımızda kı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqol asıllığı ilə mübarizənin yolları haqqında məlumatlandırıb.

Daha sonra çıxış edən növbəti təlimçi Məhsəti Hüseynova sağlam qidalanma, düzgün yuxu kimi gündəlik həyatda nəzər yetirmədiyimiz amma nəticədə sağlamlığımıza böyük zərəri olan ziyanlı vərdişlər haqqında danışıb.

Təlimçi Rahimə Hümmətova isə, sosial şəbəkələr, telefon və onlardan asılılıq, bu prosesin xeyirli tərəfləri ilə yanaşı törətdiyi fəsadlar və mübarizə yolları mözusunda ətraflı məlumat verib.

Yekun olaraq psixo-analitikAydan Xasməmmədzadə gənclərin psixoloji mövzuda suallarını cavablandırıb.

Qeyd edək ki, layihənin ilk təlim günü gənclərin böyük marağına səbəb olub və böyük aktivliklə müşahidə edilib. Sonda tədbir iştirakçılarına sertifikat təqdim edilib və xatirə şəkli çəkdirilmişdir.
 




Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR