Gənclər təşkilatı “Şanlı Bayraq” Twitter aksiyasına start verdi

Gənclər təşkilatı “Şanlı Bayraq” Twitter aksiyasına start verdi

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi "Şanlı Bayraq" "Twitter" aksiyasına start verilmişdir .

Aktual.az  xəbər verir ki, mərkəzin baş katibi Gülnar Xəlilovanın verdiyi məlumata görə, internet aksiya əsasən "Twitter” sosial şəbəkəsində keçirilərək və 8-9 noyabr tarixlərini əhatə edəcək. Bütün təbliğat işi #9novemberourproudday #ourflag həştəqləri ilə aparılacaq.
Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara şərqin ilk parlament respublikası olan ölkəmizin qədim dövlətçilik, demokratik ənənələri ilə bağlı həqiqətləri çatdırmaqdır.
Bununla bərabər gənclər ərazi bütövlüyümüzün və müstəqilliyimizin tarixi həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərəcəklər.
Aksiyada istifadə etmək üçün ingilis,fransız ,rus dilində materiallar hazırlanıb və təbliğat zamanı onlardan istifadə olunacaq.
 
Aktual.az
Xəbər 766 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR