Gəncə-Şəmkir yolunda avtomobil qəzası: 5 yaralı

Gəncə-Şəmkir yolunda avtomobil qəzası: 5 yaralı

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində sürücülər -  Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elməddin Quliyev və Göygöl rayonu Balçılı kənd sakini, 1970-ci il təvəllüdlü Yaşar Rüstəmov, həmçinin sərnişinlər - Daşkəsən rayon sakini, 1969-cu il təvəllüdlü Bəhruz Həsənov, Göygöl rayonu Xəqani kənd sakinləri - 1957-ci il təvəllüdlü Şərqiyyə Hüseynova və 1949-cu il təvəllüdlü Səftər Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR