Gələn ilin büdcəsində COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

Gələn ilin büdcəsində COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

Azərbaycanın gələn ilki dövlət büdcəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üçün 600 milyon manat ayrılacaq.

Aktual.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.
Məlumata görə, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.
Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR