Gələn aydan metroda maşinistlər yeni geyim formasında olacaqlar

Gələn aydan metroda maşinistlər yeni geyim formasında olacaqlar

Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.

Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq formalar verilir və ilk olaraq yeni maşinistlərdən başlanılıb.
"Ən geci may ayının 10-dan əksər maşinistlərə yeni formalar veriləcək. İlk olaraq, yeni maşinist, daha sonra isə digər maşinistlər forma ilə təmin olunacaqlar. Yeni formalar yerli istehsaldır",- sədr müavini əlavə edib.
Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR