“Gələcək üçün” ümumrespublika marafonu davam edir – FOTO

“Gələcək üçün” ümumrespublika marafonu davam edir – FOTO

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin üzvləri ilə keçirib.

"Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu amili əsas tutaraq bir ay davam edən marafon çərçivəsində bugünə kimi 20 ali və orta ixtisas təhsil müəssisəsində 1200 –dən çox tələbə ilə görüş keçirilmişdir.

 

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Kərimova öz növbəsində hər iki Mərkəzin əməkdaşlıq çərçivəsində bu marafonun tezliklə bölgələrdə həyata keçiriləcəyini vurğuladı. Leyla Kərimova həmçinin iştirakçılara praktik psixologiya haqqında məlumat verərərək ,sosial psixologiya və şəxsiyyət psixologiyası haqqında məruzə ilə çıxış etdi.

 

"Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda iştirakçılara interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.

Qeyd edək ki, marafon respublikanın bütün ali və orta ixtisas təhsil müəssisələrini əhatə edir. "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək.

 


Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR