Füzulidən olan 21 məzun 600 bal toplayıb - Fotolar

Füzulidən olan 21 məzun 600 bal toplayıb   - Fotolar

Horadiz şəhərində Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Aktual.az-ın məlumatına görə, görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar və tələbə adını qazanmış şagirdlərin valideynləri iştirak edib. 

İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, bu gün təhsil sahəsində inkişaf təkcə Bakıda deyil, əyalətlərdə də hiss olunmaqdadır. 

Rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat verib. Ramella Məmmədova bildirib ki, bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib. Məzunlardan 316-si respublikanın müxtəlif ali məktəblərinə, 130-u isə orta ixtisas məktəblərinə qəbul olunublar.

Tələbə adını qazanan gənclərdən 29 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 47, 48, 1, 5 nömrəli, Qayıdış qəsəbə 7 nömrəli, Əhmədbəyli kənd tam orta məktəblərinin məzunları göstəriblər.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR