Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu

Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu

Federiko Pastorelo agenti olduğu "Monako"nun futbolçusu Kilian Mbappe barədə açıqlama verib.

Aktual.az  xəbər verir ki, o, 18 yaşlı hücumçunun qiymətinin 80 milyon avrodan çox olduğunu deyib:
"Mbappe üçün 80 milyon avro? Bu məbləğə "Monako" onun bir ayağını satar. Kilian mənə Tyerri Anri və Trezeqeni xatırladır. O, möhtəşəm istedada sahibdir və çox ağıllı futbolçudur".
F.Pastorelo dünya futbolunda K.Mbappeni transfer edə biləcək 4 klub olduğunu söyləyib:
"Real”, "Barselona”, "Mançester Siti” və "Mançester Yunayted” onu transfer edə bilər. Ancaq məncə, Kilianın bu yayda "Monako”nu tərk etməsi düzgün seçim olmaz. Hazırda o, çox yüksəklərdədir və onun səviyyəsində gənc futbolçu yoxdur. Növbəti mövsümdə daha böyük işlər görə bilər”. (qol.az)
 
Aktual.az 
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR