Fuad Qəhrəmanlının şikayəti üzrə proses dekabrın 14-də keçiriləcək

Fuad Qəhrəmanlının şikayəti üzrə proses dekabrın 14-də keçiriləcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP">AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.


Aktual.az APA-ya istinadən xəbər verir ki, vəkil Fəxrəddin Mehdiyev bildirib ki, şikayətə dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, F. Qəhrəmanlı dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə həbs qətimkan tədbirinin ləğv edilməsi istənilib.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR