Fuad Qəhrəmanlı həbs olundu - Yeniləndi 2

Fuad Qəhrəmanlı həbs olundu   - Yeniləndi 2

Nəsimi rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

F. Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Onu vəkil Fəxrəddin Mehdiyev müdafiə edib. 

***
22:48

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, F. Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə gətirilib.

Məlumata görə, ona Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham irəli sürülüb. 

***
20:14

AXCP sədrinin müavini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb.

Aktual.az xəbər verir ki, bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət - çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlı göstərir və ondan heç bir xəbər yoxdur. 

Aktual.az

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR