Fransanın keçmiş baş nazirinə və onun xanımına hökm oxundu

Fransanın keçmiş baş nazirinə və onun xanımına hökm oxundu

Paris məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyonu 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edib.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, məlumatı "İzvestiya” yayıb.
Fransa hökumətinin keçmiş başçısı həyat yoldaşı Penelop Fiyonu saxta yolla işə düzəltməklə bağlı cinayət işi üzrə mühakimə olunub. Xanım Fiyon da cinayətdə iştirak etdiyi üçün 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. 
F.Fiyon və onun yaxın ətrafı barədə qalmaqal 2017-ci ilin yazında prezident seçkisi kampaniyası zamanı gündəmə gəlib. Penelop Fiyon 8 il ərzində qanunsuz yolla deputat köməkçisi maaşını almaqda təqsirli bilinib.
Qeyd edək ki, F.Fiyon 2007-ci il mayın 17-dən 2012-ci il mayın 10-dək, Nikolya Sarkozinin prezidentliyi dövründə baş nazir olub.
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR