ATƏT-in həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil etməyə hazır olduğunu bəyan etmişdi.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib.
“Münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu həmsədrləri öz öhdəliklərini yerinə yetirir, həmçinin münaqişənin hərtərəfli sülh yolu həll olunması və qarşılıqlı inamın əldə olunması istiqamətində səylər göstərirlər”, - deyə xanım səfir bildirib.
Səfirin sözlərinə görə, həmsədr ölkə kimi Fransa prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini alqışlayır: “Münaqişə yalnız daimi və səmimi yolla həll oluna bilər”.