Formula1 2017 mövsümü hansı kanalda yayımlanacaq? Rəsmi

Formula1 2017 mövsümü hansı kanalda yayımlanacaq? Rəsmi

Ölkəmizin Formula1 azarkeşləri mövsümün ilk yarışını xarici kanallardan izləsələr də, mövsümün ikinci yarışından başlayaraq yerdə qalan 19 yarış İdman Azərbaycan kanalında yayımlanacaq.

F-1.az xatırladır ki, 20 yarışın yer aldığı 68-ci dünya çempionatının təqvimində Bakıda baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 23-dən 25-dək doğma Bakımızın küçələrində keçiriləcək.

Kanaldan verilən məlumata görə, yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışlara yenə də İdman Azərbaycan kanalında, 2010-cu ildən bu yarışların kanalda şərhçiləri Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında baxa biləcəklər.
 
Aktual.az
Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR