Fiziki şəxslərdən tutulan cərimələrin miqdarı artırılır - QANUN

Fiziki şəxslərdən tutulan cərimələrin miqdarı artırılır   - QANUN

Azərbaycanda manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı artırılır.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 3 min manatdan artıq ola bilməz.

Yeni İnzibati Xətalar Məcəlləsinin layihəsinə əsasən isə manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 5 min manatdan artıq ola bilməz.

Qeyd edək ki, inzibati cərimə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR