Fitoterapevtlər Cəmiyyətinin təqdimatı oldu – FOTO

Fitoterapevtlər Cəmiyyətinin təqdimatı oldu – FOTO

Tibb elmlər üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanovanın rəhbərliyi altında yeni cəmiyyətin - Fitoterapevtlər Cəmiyyətinin ilk təqdimatı olub.

 

Fitoterapevtlər Cəmiyyətini yaratmağı çoxdan arzuladığını qeyd edən cəmiyyətin sədri M.Qəhərmanova Azərbaycanda böyük sayda dərman bitkilərinin, ehtiyatlarının, potensialın, resursların olduğunu, bu resurslardan geniş şəkildə istifadə etməklə bağlı mütəxəssislərlə birlikdə uzun müddət araşdırma apardıqlarını və bu cəmiyyəti də elə həmin mütəxəssislərlə birgə yaratdıqlarını qeyd etdi. M.Qəhrəmanova bildirdi ki, Fitoterapevtlər cəmiyyətini yaratmaqda məqsədləri ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etməkdir, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır.

Biologiya elmləri doktoru, professor Fəxrəddin Əsgərov, professor Rasim Axundov, tibb elmləri üzrə fəlsəfə doktoru Aidə Bəndəliyeva, professor Leyla Gərayzadə çıxış edərək cəmiyyətin ölkəmiz üçün böyük əhəmiyyətindən danışıblar.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək Cəmiyyətin yaradılması münasibətilə təbrik edib, uğurlar diləyib və "bu cür cəmiyyətlərin yaradılması ölkəmizin bu sahədə də inkişafına öz müsbət töhfələrini verə bilər. İnanırıq ki, cəmiyyət qısa zamanda gözəl və böyük işlər görəcək", deyib.

Tədbirdə iştirak etmiş Şimali Kipr Türk Cümhuriyyətindən olan təşkilat, cəmiyyət rəhbərləri, Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, Türkiyənin Yunus Emre İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdemir, AzərbaycanSahibkar QadınlarAssosiasiyasının rəhbəri Səkinə Babayeva, QHT rəhbəri Zərifə Əliyeva, ziyalılar, alimlər çıxış edərək bu kimi cəmiyyətlərin Azərbaycanın zəngin dərman bitkiləri ehtiyatının dünyada geniş tanıdılması istiqamətində əhəmiyyətini qeyd deyiblər və Fitoterapevtlər cəmiyyətinə uğurlar arzulayıblar. Tədbirdə iştirak edən sənət adamları ifa etdikləri musiqi nömrələri ilə təqdimata rəng qatıblar. Sonda tədbir iştirakçıları cəmiyyətin adı və loqosu əks olunan tortu kəsiblər.

 














Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR