Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 30-da Ağcabədi rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən  verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Ağcabədi şəhəri Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 63) keçiriləcək.

Qeyd edək ki, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR