FİFA yeni mükafat təsis etdi

FİFA yeni mükafat təsis etdi
  • İDMAN

FİFA 2016-cı ilin ən yaxşılarının seçilməsi ilə bağlı məlumat açıqlayıb.

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, "Qızıl top"un təqdimatında "France Football"la əməkdaşlığa son verən qurum müəyyən yeniliklərə əl atıb.

Belə ki, FİFA 2016-cı il üçün kişi və qadınlar arasında ən yaxşı futbolçu, hər iki növ üzrə ən yaxşı baş məşqçi, ən yaxşı qol, həmçinin yeni mükafatın - "Fan Avard"ın - sahibini müəyyənləşdirəcək. Sonuncu mükafatın qalibini azarkeşlərin özləri internet səsverməsi ilə seçəcəklər. Onlar ekspertlərin müəyyənləşdirdiyi fanatların iştirakı ilə ən yaddaqalan epizodlar arasında seçim edəcəklər.
 
İlin ən yaxşı futbolçusunun seçimində də dəyişiklik edilib. Sorğunun yekununda səslərin 50 faizi milli baş məşqçiləri və kapitanları, 50 faizi isə jurnalistlər və internet səsvermə arasında bölüşdürüləcək.
 
Qeyd edək ki, ən yaxşılar yanvarın 9-da İsveçrənin Sürix şəhərində mükafatlandrılacaq.
 
Aktual.az
Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR