FİFA reytinqi yeni sistemlə hesablanacaq

FİFA reytinqi yeni sistemlə hesablanacaq
  • İDMAN

"FİFA-nın reytinq siyahısı o qədər də obyektiv deyil".

"Report"un məlumatına görə, bunu ali futbol qurumunun prezidenti Canni İnfantino deyib. O, hazırda yeni sistem üzərində işlədiklərini bildirib: "Yeni reytinq siyahısı piramida təsiri bağışlayacaq. Müxtəlif ölkələrin, müxtəlif qitələrin komandalarını müqayisə etmək çətindir. Onlar bir-biriləri ilə, demək olar ki, oynamırlar. Ziddiyyət ortaya çıxır. Bu, aydın məsələdir. Biz də bu məsələ üzərində işləyirik".
Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 281 xalla 117-ci pillədə qərarlaşıb. Yığma Qazaxıstanla Filippin arasındadır.   
 
Aktual.az
Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR