FHN üçmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb – VİDEO

FHN üçmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb – VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.


Nazirlikdən  verilən məlumata görə, hadisə zamanı binanın ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.

Yanğın zamanı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər 137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR