FHN: Ötən həftə 560 yanğına çıxış olub, 58 nəfər xilas edilib - VİDEO

FHN: Ötən həftə 560 yanğına çıxış olub, 58 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Aktual.az FHN-ə istinadən xəbər verir ki, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 560 yanğına çıxış, 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 5 nəfər xəsarət alıb, 12 nəfərin meyiti təhvil verilib.


Xəbər 73 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR