FHN-dən bayram çadırlarının sökülməsinə münasibət

FHN-dən bayram çadırlarının sökülməsinə münasibət

"Bayram yarmarkalarını təşkil edənlər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müraciət edib, onlardan texniki rəy almalıdırlar”.

Aktual.az  xəbər verir ki, bunu "Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov deyib.

O bildirib ki, texniki rəy alınmadan qurulan çadırlar bayram günlərində əhalinin təhlükəsizliyini qorumaq məqsədi ilə sökülüb: "Texniki rəyi paytaxtdakı rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən almalıdır. Rəy alınandan sonra həm Bakıda, həm də digər böyük şəhərlərdə bu çadırları qurmaq mümkündür”.

O.Bayramov qeyd edib ki, texniki rəy həm çadırın, həm də satılan məmulatların yanğın təhlükəsizliyi qaydasına tam cavab verməsi üçün alınır: "İcra hakimiyyətlərinin bəziləri texniki rəy almaq üçün müraciət edib və həmin rayonlarda çadırlar fəaliyyətini davam etdirir. Rəy almayan çadırların isə fəaliyyət göstərməsinə icazə verilmir, onlar sökülür”.

Qeyd edək ki, ötən həftədən başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin sıx olduğu bir neçə yerdə çadırlar qurulub. Məqsəd Yeni il ərəfəsində əhalinin aztəminatlı təbəqəsini ucuz məhsullarla təmin etmək və pərakəndə satışın qarşısını almaq olub.

Yarmarkalarda əsasən Yeni il aksessuarları, oyuncaqlar, şirniyyatlar və s. satılırdı. Lakin FHN çadırların bir qismini sökdürüb.
 
Aktual.az
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR