Fəxrəddin Manafov Rus Dram Teatrından ayrılır? - AÇIQLAMA

Fəxrəddin Manafov Rus Dram Teatrından ayrılır? - AÇIQLAMA

"Fəxrəddin Manafov Rus Dram Teatrında çalışır, hazırda da işinin başında -  ştatdadır. Rus Dram Teatrı olaraq xəbərin yalan olduğunu söyləyirik". 

Aktual.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov xalq artisti Fəxrəddin Manafovun teatrdan ayrılması xəbərinə münasibət bildirərkən deyib.
Teatrın rəsmisi Fəxrəddin Manafovla bağlı yayılan xəbərin səbəbini özündən soruşmağı tövsiyə edib:
"Yaxşı olar ki, Fəxrəddin müəllimin özündən sosial şəbəkələrdə niyə teatrdan ayrılması barədə informasiya yayıldığını soruşun".Dəfələrlə xalq artisti Fəxrəddin Manafovla məsələni dəqiqləşdirmək üçün əlaqə saxlamağa çalışsaq da, aktyordan telefon zənglərinə cavab ala bilmədik.
Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi barədə xəbərlər yayılıb.
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR