Hər il ənənəvi olaraq Bakıda keçirilən "JARA” musiqi festivalı bu dəfə Moskvada "Lujniki” stadionunda baş tutacaq.
Aktual.az xəbər verir ki, tədbirin konsepsiyası əvvəlki kimi qalacaq və tamaşaçılar beş gün ərzində Rusiya və MDB ölkələrindən 200-dən çox sənətçinin iştirak edəcəyi müxtəlif konsert proqramının şahidi olacaq. Festival 23-27 iyun tarixlərində reallaşacaq.
"Bir sıra şərtlərə görə festivalın keçən il və bu il Bakıda keçirilməsi təəssüf ki, mümkünsüz oldu. Bir il də qaçırmamaq üçün "JARA”nı Moskvada keçirtməyə qərar verdim. Üç açıq səhnəmiz, ziyarətçilər üçün fərqli sahələr, 200-dən çox sənətçi, rəngarəng tamaşalarımız olacaq. "Lujniki”dəki festivalımızın son bir neçə ildə ən parlaq musiqi hadisəsinə çevriləcəyinə əminəm”,- deyə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib.
Bu dəfə tədbirdə Yuri Antonov, Filipp Kirkorov, Dmitri Malikov, Polina Qaqarina, Valeri Meladze, Ani Lorak, Sergey Lazarev, Maks Barskix, İqor Nikolayev, Qriqori Leps, Emin Ağalarov, Stas Mixaylov, Larisa Dolina, Jony, Artik & Asti, Zivert, Vera Brejneva, Nikolay Baskov, Vladimir Kuzmin, A-Studio, Nyuşa, Jasmin, Zara, Irina Dubtsova, Aleksey Çumakov, Yuliya Kovalçuk, Lolita, Lyubov Uspenskaya, Marina Fedunkiv, Olqa Buzova, Mot, Alsu, Valeriya, Soso Pavliaşvili və başqaları səhnə alacaq.
Xəbər 457 dəfə oxunub.