Facebook-a giriş qadağan edildi

Facebook-a giriş qadağan edildi

Əlcəzair hakimiyyəti ölkə məktəblərində keçirilən imatahanlarla əlaqədər Facebook sosial şəbəkəsinin ölkədəki fəaliyyətini müvəqqəti dayandırıb.


Aktual.az anspress-ə istinadən bildirir ki, rəhbərlik məlumatların ötürülməsinin qarşını almaq üçün bu addımı atıb.
Ölkə məktəblilərinin yarıdan çoxu atestat imatahanlarında məlumatların sızdırılması qalmaqalından sonra yenidən imtahan vermək məcburiyyətində qalıb.
İyun ayının əvvəlində bir çox istifadəçilər Facebook və digər sosial şəbəkə vasitəsi ilə imatahanların suallarını qabaqcadan öyrənə bilib.
Bənzər hadisə ötən ay İraqda baş verib. İnternetə girişin müvəqqəti kəsilməsi ölkədə təhsil alan 5-ci sinif şagirdlərinin buraxılış imtahanları ilə əlaqədar olub. Belə ki, internet olmadan düzgün cavabları köçürmək çox çətindir.
İraqın Təhsil Nazirliyi bununla bağlı hər hansı bəyanat yayımlamayıb. Lakin internet provayderləri öz abunəçilərinə xəbərdarlıq edib ki, bir neçə gün ərzində internetə girişlə bağlı problemlər yaşana bilər.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR